Prokurorluq general-mayorun yenidən həbsini tələb edir
Ermənistan Baş Prokurorluğu Korrupsiyaya Qarşı Mübarizə Apellyasiya Məhkəməsinin general-mayor Qriqori Xaçaturovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı qərarının ləğv edilməsini tələb edərək kassasiya şikayəti verdiyini elan edib.
Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, Prokurorluq Xaçaturova qarşı çirkli pulların yuyulması ittihamı ilə həbs cəzasının tətbiqində israrlıdır.
Bir müddət öncə məhkəmə generalın həbsini girov və inzibati nəzarət şərtləri ilə əvəz edib. Bununla belə, prokurorluq həbs-qətimkan tədbirinin dəyişdirilməsini və Xaçaturovun yenidən həbsə alınmasını zəruri hesab edir.
General-mayor Qriqori Xaçaturov çirkli pulların yuyulmasında ittiham olunur və kassasiya şikayəti bu iş üzrə hüquq-mühafizə prosesində növbəti mərhələ oldu.
NƏRGİZ