"İsveçin NATO-ya üzvlüyü prosesi dalana dirənib"
Ankaranın İsveçin NATO-ya daxil olması prosesini ləngitməsi Türkiyə ilə ABŞ arasında münasibətləri pisləşdirib.
Redaktor.az xəbər verir ki, bu barədə T24 məlumat yayıb.
“Türkiyənin İsveçin NATO-ya üzvlük məsələsində gecikməsi münasibətləri praktiki olaraq dalana dirədi. Keçən iyulda NATO sammitindən sonra Amerika tərəfi Türkiyənin verdiyi vədlərə əməl etməməsindən şikayətləndi”, - nəşr yazır.
“Əslində hökumət İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandırmaq niyyətindədir. Bununla belə, neqativ hadisələri də öz xeyrinə çevirməyə çalışır”, - məqalədə yazılır.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken İsveçin xarici işlər naziri Tobias Billström ilə telefon danışığı zamanı İsveçin NATO-ya vaxtından əvvəl qəbul olunmasını dəstəkləyib. O əlavə edib ki, ölkənin alyansa qoşulması bütün müttəfiqlərə müsbət təsir edəcək.
NƏRGİZ