Mask narkotik istifadəçisi olması ilə bağlı iddiaları RƏDD ETDİ
Tesla və SpaceX-in milyarder rəhbəri İlon Mask, narkomaniya ilə bağlı şayiələrə cavab olaraq narkotikdən istifadə etmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Forbes yazır.
Sahibkar əlavə edib ki, üç il ərzində qadağan olunmuş maddələrin təsadüfi sınaqları onun orqanizmində cüzi miqdarda narkotik və ya spirt olmadığını göstərib. Maskın vəkili Alex Spiro da əvvəllər testin heç vaxt müsbət olmadığını təsdiqləmiş və iş adamına qarşı irəli sürülən ittihamları rədd edərək, onların “yalan faktlar” olduğunu söyləmişdi.
Bir gün əvvəl “The Wall Street Journal” Maskın şirkətlərinin top-menecerlərinə istinadən yazıb ki, milyarder narkotikdən istifadə edir və onun asılılığı Tesla və SpaceX direktorlar şurasının üzvləri arasında narahatlıq yaradır. Nəşr aydınlaşdırır ki, altı şirkət, təxminən 1 trilyon dollar dəyərində investor aktivləri, on minlərlə iş yeri və ABŞ-ın kosmik proqramının bir hissəsi Maskın sağlamlığından asılıdır.
NƏRGİZ