Rusların Novomoskovska raket hücumunda yaralananların sayı artdı

 14:40 08.01.2024     214

Dnepropetrovsk vilayətinin Novomoskovsk şəhərinə raket hücumundan sonra yaralananların sayı 27 nəfərə yüksəlib. Onlardan dördü uşaqdır.

Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Sergey Lısakın Teleqramına istinadən məlumat yayıb.

"Yenilənmiş məlumatlara görə, Novomoskovskda raket zərbəsi nəticəsində 27 qurban var. 11-i tibb müəssisəsində qalır. Onlardan 4-ü uşaqdır".

Bundan əlavə, Krivoy Roq və bölgədə 4 itki var.

Bir nəfər xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

"Yaralıların yanında həkimlər var. Onlar bütün lazımi yardımı göstərirlər", - Lısak əlavə edib.

Turan İSMAYIL