Körpü uçdu - Xəsarət alan var
Belarusun Lida rayonunda Neman çayı üzərində salınan, istifadə olunmayan körpünün aşırımı uçub. Nəticədə iki nəfər xəsarət alıb.
Redaktor.az bu barədə Belarus mediasına istinadən xəbər verir.
İdarədən bildirilib ki, yanvarın 8-də səhər saatlarında baş verən hadisə nəticəsində bir ekskavator və sürücü də suya düşüb. Xilasetmə işləri zamanı xilasedicilər xəsarət alanlara yardım göstərib.
Hadisənin səbəbləri müəyyənləşdirilir.
NƏRGİZ