Cənubi Kiprin prezidenti 5 naziri istefaya göndərdi

 15:35 08.01.2024     215

Kipr prezidenti Nikos Hristodulidis Nazirlər Kabinetinin tərkibində dəyişikliklər edərək, yeni müdafiə, ədliyyə və ictimai asayiş, səhiyyə və kənd təsərrüfatı nazirlərini təyin edib.

Redaktor.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Konstantinos Letimpiotis məlumat verib.

Yeni nazirlərin və hökumət məmurlarının təsdiqi və vəzifəyə başlaması çərşənbə günü, yanvarın 10-dan qüvvəyə minəcək.

Qeyd edək ki, hazırkı hökumət 2023-cü il fevralın 27-də, Hristodulidis prezident seçkilərində qalib gəldikdən sonra təyin edilib.

NƏRGİZ