Dəmir yolunda PARTLAYIŞ

 16:57 08.01.2024     230

Sverdlovsk vilayətində dəmiryol relslərində partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı yazıb.

Məlumata görə, Nijni Tagildə dəmir yolunda partlayıcı qurğu işə düşüb. Eyni zamanda, hadisə yerindən bir qədər aralıda daha bir partlayıcı qurğu tapılıb. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

İlkin versiyaya görə, partlayıcı qurğu çənin altında partlayıb.

Qeyd edək ki, ötən ilin noyabrında Ryazan vilayətində 19 yük qatarı vaqonu relsdən çıxmışdı. Qeyd olunub ki, buna səbəb dəmir yolu nəqliyyatının fəaliyyətinə icazəsiz şəxslərin müdaxiləsi olub.

NƏRGİZ