Göyə atılıb-tutulan dörd aylıq körpə ÖLDÜ
Tatarıstanın Zelenodolsk şəhərində dörd aylıq körpə ölüb.
Redaktor.az REN TV-yə istinadla xəbər verir ki, valideynləri körpə ilə göyə atıb-tutmaq oyunu oynayıblar.
Hadisə yerinə gələn həkimlər körpəyə kömək edə bilməyiblər. Müayinədən sonra məlum olub ki, uşaq onurğa beynində qanaxmadan ölüb.
26 yaşlı ana və 32 yaşlı ata saxlanılıb, faktla bağlı cinayət işi açılıb.
Bildirək ki, bundan öncə də milyonçu bloger Sergey Kosenko "ən məşhur video" üçün iki aylıq uşağını qar yağışına atmışdı. Kosenko uşağı hündürə atıb və körpə yerə - qarın üzərinə düşüb və sözün əsl mənasında qarda boğulub. Bloqqer videonu İnstaqramda yayımlayıb.
Kosenko bildirib ki, o, əslində kuklanı qar çuxuruna atıb, lakin tamaşaçılar körpənin görüntülərdə gözlərini necə açdığını görüblər.
NƏRGİZ