İsveç bu halda əsgərlərini Latviyaya göndərəcək
NATO-ya üzvlük prosesi tamamlanacağı təqdirdə İsveç 2025-ci ildə əsgərlərini Latviyaya göndərməyi planlaşdırır.
Redaktor.az SvD-yə istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson Sälen təhlükəsizlik konfransında bildirib.
İsveçin “Dagens Nyheter” qəzetinin hərbi mənbələrdən əldə etdiyi xəbərə görə, isə İsveç Latviyaya 800 əsgər göndərməyi planlaşdırır.
Konfransda iştirak edən Latviyanın müdafiə naziri Andris Spruds Baş nazir Kristerssonun açıqlamasını “Latviya üçün yaxşı xəbər” adlandırıb.
"İsveçin NATO-ya qəbulu ilə birlikdə regional təhlükəsizliyin və Latviyanın müdafiəsinin gücləndirilməsinə mühüm sərmayəyə çevriləcək bu vacib qərardan məmnunuq", - o bildirib.