Turist avtobusu qəzaya uğradı, 25 nəfər öldü
Braziliyanın Bahia ştatında turist avtobusunun yük maşını ilə toqquşması nəticəsində aralarında uşaqlar və hamilə qadınların da olduğu azı 25 nəfər həlak olub.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
Yük maşınında olan 3, avtobusda olan 22 nəfər həlak olub. Daha beş nəfər yaralanıb.
Qəzanın səbəbləri hələ müəyyən edilməyib. Şəhərdə üç günlük matəm elan edilib.
Yusif EYVAZLI