İrəvan Moskva ilə silah tədarükü ilə bağlı danışıqları davam etdirir
Ermənistan və Rusiya imzalanmış sazişlər çərçivəsində silah tədarükü məsələsini həll etmək üçün danışıqları davam etdirirlər.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.
“Rusiya ilə təhvil verilməmiş silahlarla bağlı danışıqlar davam edir. 2021-ci ildən Ermənistanın Rusiya ilə çoxlu müqavilələri var ki, bu sənədlərə əsasən silah verilmirdi. Bu müqavilələr üzrə danışıqlar davam edir”, – o söyləyib.
O qeyd edib ki, Rusiya ilə hərbi-texniki əməkdaşlıqla bağlı yeni sənədlər yoxdur.
“Mövcud razılaşmalar çərçivəsində yenilənmələr aparılır, danışıqlar yenidən aparılır. Bu o deməkdir ki, bəzi hallarda müqavilələr yenilənir, bəzi hallarda maliyyə məsələləri başqa variantlarla həll olunur”, – Qriqoryan bildirib.