"Kiyev 2024-cü ildə daha çox ərazi itirəcək"

 09:55 09.01.2024     218

"Ukrayna hissələrə bölünəcək və 2024-cü ildə daha da çox ərazi itirə bilər".

Redaktor.az xəbər verir ki, bu fikri politoloq, Avrasiya Qrupunun analitik mərkəzinin rəhbəri Yan Bremmer “Time” jurnalı üçün yazdığı məqalədə bildirib.

“Əgər Ukrayna şəxsi heyətlə bağlı problemi həll etməsə, silah istehsalını artırmasa və real ordu qurmasa yaxın gələcəkdə onun ərazi itkiləri sabit olacaq və arta bilər”. Bu baxımdan, analitikin fikrincə, Kiyev yeni ildə daha çox risklər, o cümlədən Rusiya ərazisinə hücumlar edə bilər.

Qeyd edib ki, 2023-cü ilin dekabrında Aİ sammitində icma liderləri Ukraynaya dörd illik dəstək proqramına uyğun olaraq 50 milyard avro ayrılması məsələsini həll edə bilmədilər və ABŞ Konqresi hələ də 61 milyard dollarlıq yardımı təsdiqləməyə hazır deyil. 

NƏRGİZ