Alimlər 2024-cü ilin tarixin ən isti ili olacağını PROQNOZLAŞDIRIR
"2024-cü il "El Nino" səbəbiylə ən isti il ola bilər".
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Mütəxəssislər hesab edirlər ki, rekord temperatura iki amil təsir edəcək: qlobal istiləşmə və "El Nino" fenomeni (ekvatorial Sakit okeanda suyun səth qatının temperaturunda dalğalanmalar – red.).
BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, 2023-cü il tarixdə ən isti yay olub. Bundan əlavə, qlobal dəniz səthinin temperaturu ardıcıl üç aydır ki, rekord həddə çatıb.
Həmidə İBRAHİMLİ