Amerika təyyarəsinin qapısı müəllimin həyətindən tapıldı

 10:18 09.01.2024     278

Bir neçə gün əvvəl uçuş zamanı qırılan Amerikanın "Alaska Airlines" təyyarəsinin qapısı Portlanddan olan müəllimin həyətində tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə CNN ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının nümayəndəsi Cennifer Homendiyə istinadən məlumat yayıb.

"Qapı həqiqətən də, istintaqda itkin halqa idi. Qapı və onun komponentləri müstəntiqlərə baş verənlər haqqında çox şey deyə bilər".

Qeyd edək ki, yanvarın 6-da Amerikanın "Alaska Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş zamanı pəncərəsinin və gövdəsinin bir hissəsinin qopması səbəbindən Oreqon ştatının Portland şəhərində məcburi eniş edib. Təyyarədə 174 sərnişin və altı ekipaj üzvü olub, heç kim xəsarət almayıb.

Bunun ardınca Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) yoxlamanın nəticələrinə qədər Boeing 737 MAX 9 təyyarələrinin istismarının dayandırılması barədə göstəriş verib.

NƏRGİZ