"Maldiv adalarına getməyin" - hindistanlı məşhurlardan ÇAĞIRIŞ
Hindistan kino ulduzları, idmançıları və siyasətçiləri bəzi Maldiv rəsmilərinin Baş nazir Narendra Modini təhqir etmələrinə etiraz olaraq həmvətənlərini Maldiv adalarına turizm məqsədi ilə getməməyə çağırıblar.
Redaktor.az bu barədə "TASS"a istinadla xəbər verir.
Maldiv adaları ilə Hindistan arasında mübahisə ada dövlətinin Gənclərin Gücləndirilməsi, İnformasiya və İncəsənət Nazirliyinin üç nazir müavininin yanvarın 8-də "X" platformasında Hindistanın Baş naziri haqqında alçaldıcı şərhlər yazmasından sonra başlayıb.
Maldiv adalarına ən çox xarici turist Hindistandan gəlir ki, bu da arxipelaqın ən mühüm iqtisadi tərəfdaşı olaraq qalır. Yeni Dehli ilə mübahisə ada dövlətini ciddi problemlərlə təhdid edir.
Həmidə İBRAHİMLİ