Blinken İsraildədir
ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfər edib.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyü Miller X-də yazıb.
"Blinken bütün qalan girovların vətənə qayıtmasını təmin etmək üçün davam edən səyləri müzakirə etmək məqsədilə İsraildədir.
Münaqişənin mülki şəxslərə təsirini məhdudlaşdırmaq və Qəzzada fələstinlilərə çatan humanitar yardımı artırmaq vacibdir", - Millerin paylaşımında deyilir.