Fələstin Prezidenti gələn ay Rusiyaya gedəcək
Fələstin Prezidenti Mahmud Abbasın Rusiyaya səfəri fevral ayında baş tuta bilər.
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Fələstin Prezidentinin müşaviri Mahmud al-Habbaş açıqlayıb.
Onun sözlərinə görə, konkret tarix hələ təyin edilməsə də, səfər böyük ehtimalla gələn ay olacaq.
O, həmçinin qeyd edib ki, Abbasın səfəri çərçivəsində iki ölkə arasında münasibətlər, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə ediləcək.