Rus ordusunda Serbiyadan olan könüllülərlə pis rəftar edilir? - Peskov CAVAB VERDİ
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ordusunda könüllülərə qarşı pis münasibətdən şikayətlənən serb Deyan Beriçin müraciətini şərh etməkdən imtina edib.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
O, rus ordusunun alaylarından birində Serbiyadan gələn könüllülərə qarşı pis rəftar edildiyini iddia edən Beriçin sözlərinə belə reaksiya verib:
“Mən şərh yaza bilmədim. Bu, xüsusi hərbi əməliyyatın gedişinə aiddir. Təbii ki, dərc olunan bu məlumat hər kəs üçün əlçatandır”, - deyə prezidentin mətbuat katibi bildirib.
Onun fikrincə, Rusiya Müdafiə Nazirliyi belə bəyanatlara münasibət bildirməlidir.
NƏRGİZ