İstanbula ilk qar yağdı

 15:28 09.01.2024     258

“Sibir” siklonunun ölkəyə gəlməsi ilə əlaqədar İstanbula ilk qar yağıb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, gün ərzində Türkiyə şəhərində havanın temperaturu 10 dərəcədən çox aşağı düşüb.

Küləyin sürəti saatda 60 kilometrə çatır.

“Yeni Şəfəq” qəzetinin məlumatına görə, Çamlıca təpəsində Kartal, Pendik, Tuzle, Ümraniye, Ataşehir və Üsküdar rayonlarına qar və yağış yağır. Bundan başqa, Silivri, Büyükçekmece, Beylikdüzü, Avcılar, Esenyurt və Kağıthanedə sulu qar müşahidə olunur.

Türkiyənin Meteorologiya Baş İdarəsindən verilən məlumata görə, yanvarın 10-u qar yağacağı gözlənilmir, lakin yanvarın 11-də yağıntılar davam edəcək. Yanvarın 15-nə kimi hava şəraiti dəyişməyəcək. Əyalətdə daşqın və nəqliyyatın fəaliyyətində kəsintilər mümkündür. Eyni zamanda, sinoptiklərin əlavə etdiyi kimi, yağıntılar həddindən artıq tükənmiş su anbarlarını dolduracaq - ötən ilki qış görünməmiş dərəcədə quru idi. Qar sayəsində su anbarlarında suyun səviyyəsi 53 faizdən yuxarı qalxıb.

Bildirək ki, ötən il avqust ayı Türkiyədə son 33 ilin ən quraq ayı olub. Ölkə ərazisinin əhəmiyyətli hissəsi fövqəladə vəziyyət zonasına daxil olub. Oktyabr ayına olan məlumata görə, İstanbulu təmin edən su anbarlarında su ehtiyatının səviyyəsi 48,5 faizdən 20,6 faizə düşüb. Türkiyə sakinlərindən suya qənaət etmələri istənilib, Antalya şəhəri isə içməli su qıtlığı ilə qarşılaşır.

NƏRGİZ