Ərdoğan doqquzuncu dəfə baba oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın doqquzuncu nəvəsi dünyaya gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, Ərdoğanın qızı Sümeyye Bayraktarın ikinci övladı doğulub. Türkiyə lideri Sümeyye-Səlçuq Bayraktar cütlüyünü xəstəxanada ziyarət edib.
Ərdoğan nəvəsinin qulağına onun adını səsləndirib. Körpəyə Asım Özdemir adı qoyulub.
Qeyd edək ki, Ərdoğanın Esra-Berat Albayrak cütlüyündən 4 nəvəsi, Bilal-Reyyan Ərdoğan cütlüyündən isə 3 nəvəsi var.