Türkiyədə gəmi kapitanın huşunu itirməsi səbəbindən sahilə ÇIRPILDI

 21:09 09.01.2024     284

80 sərnişini daşıyan bərə Egey dənizi sahilində İzmir yaxınlığında sahilə çırpılıb. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, hadisəyə səbəb gəmi kapitanının qəfil xəstələnməsi və huşunu itirməsi olub.

Bərə axşam saatlarında İzmirin Konak və Bostancı bölgələri arasında fəaliyyət göstərib. Sahildən 100 metr aralıda marşrutun qəfil dəyişməsi və ardınca bərənin sahilə vurması gəmidə çaxnaşma yaradıb. Dərhal təcili yardım maşınları təcili yardıma göndərilib, həkimlərin sözlərinə görə, sərnişinlərdən heç biri xəsarət almayıb.

Bərə sərnişinləri başqa gəmiyə köçürülüb, kapitana tibbi yardım göstərilib. Sahil Mühafizəsi qüvvələri bərənin yenidən suya salınması üçün çalışır, gəminin burnu sahildə yerləşir və zədələnib. 

Yusif EYVAZLI