“Qəzza əhalisinin yüzdə biri öldürülüb”
Fələstinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi müşahidəçisi Riyad Mənsur Qəzza zolağında son 3 aydır hər saat 11 fələstinlinin öldürüldüyünü deyib.
Redaktor.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Riyad Mənsur BMT Baş Assambleyasının iclasında diqqətləri Qəzza zolağına çəkib:
“Son 90 gündə hər saat 11 fələstinli öldürülüb. Onlardan 7-si qadın və uşaqdır. Bu proses 90 gün ərzində hər saat dayanmadan baş verir”.
O, digər dövlət nümayəndələrinə səslənib:
“Ölkənizin əhalisi ilə müqayisədə bunun nə demək olduğunu düşünün. Bu 3 milyon amerikalı ola bilərdi”.
R. Mənsur fələstinlilərin 87 faizinin öz evlərini tərk etmək məcburiyyətində qaldığını və dünyanın buna göz yumduğunu dilə gətirib.