Finlandiya Rusiya ilə sərhədi açmaq niyyətində deyil
Finlandiya yanvarın 14-dən sonra Rusiya ilə sərhəd keçid məntəqələrinin fəaliyyətini bərpa etmək niyyətində deyil.
Redaktor.az xəbər verir ki, bu sözləri ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen MTV3 telekanalının efirində deyib.
"Vəziyyət sərhədi yenidən tamamilə bağlamağımızı tələb edir" - Rantanen bildirib.
Onun sözlərinə görə, sərhəddə miqrantlarla bağlı vəziyyətdə heç bir dəyişiklik yoxdur. Buna görə də, “Rusiyanın bu cür fəaliyyətə davam etməsi” riski hələ də mövcuddur (apa).