Türkiyə yenidən SİLKƏLƏNDİ

 09:34 10.01.2024     191

Türkiyənin Çorum vilayətində yenidən zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Mecitözü rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.2 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 16.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.