"Ukraynaya dəstəyi dayandırmaq ABŞ-ın 20 ildə ən böyük səhvi olardı"
Vaşinqtonun Kiyevə dəstəyinə son qoyulması Ukrayna üçün dəhşətli nəticələrə səbəb olacaq və bu, 2003-cü ildə İraqı işğal edəndən sonra ABŞ-ın ən böyük xarici siyasət səhvi olacaq.
Redaktor.az xəbər verir ki, bu qiymətləndirməni "The Washington Post"un köşə yazarı Maks But edib.
ABŞ Konqresində Demokratlar və Respublikaçılar arasında 2024-cü ildə federal hökumətin işinə təqribən 1,6 trilyon dollar ayrılması barədə razılaşmanı şərh edən müəllif qeyd edib ki, indi qanunvericilər İsrail və Ukraynaya dəstək üçün maliyyə ayrılmasına dair sazişlər hazırlamalıdırlar.
"ABŞ-ın Ukrayna üçün vəsaiti tükənib. Əgər Konqres tədbir görməsə, bunun nəticələri Ukrayna və dünya üçün dəhşətli olacaq", - But bildirib.
Müəllifin fikrincə, Kiyevə dəstəyi dayandırmaq “ABŞ-ın ən azı 2003-cü ildə İraqın işğalından sonra xarici siyasətdə etdiyi ən böyük səhv olardı və onun geosiyasi nəticələri daha ağır olar”.
Müəllifin sözlərindən sitat gətirən Vaşinqton Avropa Siyasətinin Təhlili Mərkəzinin rəhbəri Alina Polyakovanın sözlərinə görə: “Amerikanın yardımının dayandırılması fəlakətli nəticələrə gətirib çıxaracaq” və “Ukrayna sonda məğlubiyyətə uğrayacaq. Bu, ABŞ-ın dünya lideri kimi rolunun əhəmiyyətli dərəcədə azalması demək olacaq. Açığını deyim ki, Rusiyanın Ukraynada qələbəsi ABŞ-ın qlobal liderliyinin sonu olacaq".
NƏRGİZ