Müğənni bu hərəkətinə görə Putindən üzr istədi
Rusiya pasportunu xalqın gözü qarşısında yandıran və dövlət başçısının portretini cıran müğənni Eduard Şarlotta prezident Vladimir Putindən üzr istəyib.
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ifaçı məhkəmədə bildirib.
Şarlotta hərəkətlərini "Amerikapərəst təbliğatdan sərxoş olmaq" kimi izah edib. İfaçının sözlərinə görə, onun bu hərəkətinə səbəb balanssız psixi durumdur.
NƏRGİZ