Yapon şahzadəsi müəmmalı xəstəlikdən əziyyət çəkir

 12:52 10.01.2024     203

Yapon şahzadəsi Kiko dekabr ayından bəri müəmmalı xəstəlikdən əziyyət çəkir.

Redaktor.az bu barədə “Mainichi Shimbun” nəşrinə istinadən xəbər verir.

Yaponiya İmperator Ev Təsərrüfatı İdarəsi xəstəlik səbəbiylə şahzadənin normal yemək yeyə bilmədiyini və adi yemək yeməyi dayandırdığını açıqlayıb.

Hələ dəqiq diaqnoz qoymaq mümkün olmayıb. Testlər problemin COVID-19 və ya qrip infeksiyası ilə əlaqəli olmadığını göstərir. Yaponiya İmperator Evinin İdarəsi Kikonun tam müayinədən keçməli olacağını istisna etmir.

Şahzadə Kiko İmperator Akihitonun kiçik oğlunun həyat yoldaşıdır. Onun 57 yaşı var.

NƏRGİZ