Blinken Yunanıstandan Ukraynaya silah tədarükünü davam etdirməsini TƏLƏB ETDİ

 13:42 10.01.2024     231

ABŞ dövlət katibi Antoni Blinken yanvarın 6-da Krit adasındakı Xaniya şəhərində Baş nazirin evində keçirdiyi görüşdə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisdən Ukraynaya silah tədarükünü davam etdirməsini tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə "newsbreak.gr" portalı məlumat yayıb.

Portal iddia edir ki, Blinken görüş zamanı Yunanıstandan Ukraynaya yeni silah sistemlərinin çatdırılmasını tələb edib. Hətta Baş nazirdən yekun cavab üçün bir neçə günlük vaxt ultimatumu da verib.

"newsbreak.gr"-in məlumatına görə, belə bir tələb şantajdır. Portal qeyd edir ki, Mitsotakis bu şantaja boyun əyərsə, Yunanıstanın milli maraqlarına ağlasığmaz ziyan vuracaq.

NƏRGİZ