Zelenskinin qonşusuna yüksək vəzifə verilməsi etiraza səbəb oldu

 15:19 10.01.2024     284

Ali Rada ölkə prezidenti Volodimir Zelenskinin ailəsinə yaxın olan Olqa Pişanskayanı Ukrayna Hesablama Palatasının rəhbəri təyin edib.

Redaktor.az xəbər verir ki, bu barədə deputat İrina Geraşenko məlumat verib və bu təyinatı “rüsvayçılıq və qohumbazlıq” adlandırıb.

"Ali Radanın 2024-cü ildə ilk iclası utanc və qohumbazlıqla başladı. Prezidentin dostu və Krivoy Roqdan olan qonşusu Olqa Pişanskaya Hesablama Palatasının rəhbəri təyin edildi", - Geraşenko öz Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Pişşanskayanın namizədliyini 252 deputat dəstəkləyib, səslərin əsas hissəsi prezidentyönlü Xalqın Qulluqçusu Partiyasının üzvlərinə məxsus olub. Qeraşenkonun da daxil olduğu eks-prezident Petro Poroşenkonun Avropa Həmrəyliyi Partiyası bunun əleyhinə səs verib. Deputat bildirib ki, Ali Radanın spikeri Ruslan Stefançuk daha əvvəl Pişanskayanın təyin edilməsi üçün kifayət qədər səsin olub-olmadığını yoxlamaq üçün “siqnal səsverməsi” keçirib.

Geraşenkonun partiya yoldaşı Aleksey Qonçarenko öz Telegram kanalında Pişanskayanın bacısı Svetlananın da Zelenski ailəsinə yaxın olduğunu və prezident ailəsinin İtaliyadakı villasının qeydiyyatda olduğu şirkətə rəhbərlik etdiyini bildirib.

Pişanskaya bundan əvvəl Ukraynanın Antiinhisar Komitəsinə rəhbərlik edib. Ötən il sentyabrın 5-də parlament onu vəzifəsindən azad edib, çünki onun Müdafiə Nazirliyinə rəhbərlik edən Rustem Umerovun yerinə Ukraynanın Dövlət Əmlak Fondunun rəhbəri olacağı planlaşdırılıb. Lakin Pişchanskaya yeni təyinatdan imtina edib.

Turan İSMAYIL