Voronej vilayəti səmasında pilotsuz təyyarə məhv edildi
Kiyev Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli dronla hücum etməyə cəhd edib. PUA-lar Voronej vilayətinin ərazisində məhv edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Yanvarın 10-da Moskva vaxtı ilə saat 14:30 radələrində Kiyev rejiminin Rusiya Federasiyası Voronej vilayəti ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb, Ukraynaya məxsus pilotsuz uçuş aparatı məhv edilib”, - idarədən bildiriblər.
NƏRGİZ