Paşinyan Vaqe Qevorqyanı istefaya göndərdi
Ermənistanın XİN rəhbərinin müavini Vaqe Qevorqyan istefaya göndərilib.
Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan qərar qəbul edib.
O, 2021-ci ilin sentyabrında sözügedən vəzifəyə təyin edilib, bu təyinata qədər isə xarici işlər nazirinin müşaviri olub.