"ABŞ Fələstin dövlətinin yaradılmasını dəstəkləyir" - Dövlət katibi

 17:17 10.01.2024     244

ABŞ Fələstin dövlətinin yaradılması tədbirlərini dəstəkləyir.

Redaktor.az AFP-yə istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ramallahda Fələstin Prezidenti Mahmud Abbasla görüşdə deyib.

A.Blinken Vaşinqtonun Fələstin dövlətinin yaradılması üçün real tədbirləri dəstəklədiyini bir daha təsdiqləyib.

Xatırladaq ki, ABŞ-nin dövlət katibi yanvarın 4-dən Yaxın Şərq və bölgəyə qonşu ölkələrdə səfərdədir. O, Türkiyə, Yunanıstan, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və İsrailə səfər edib.

Məlumata görə, o, bu gün Bəhreynə əvvəlcədən elan olunmamış səfər edəcək.