Altı il beynəlxalq axtarışda olan rusiyalı hava limanında SAXLANILDI
Xabarovsk hava limanında hüquq -mühafizə orqanlarının əməkdaşları 2017-ci ildə istintaqdan qaçan və məhkəmənin qərarı ilə saxta ödəniş tapşırığı hazırladığına görə beynəlxalq axtarışa verilmiş 54 yaşlı şəhər sakinini saxlayıblar.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə mətbuat xidməti məlumat yayıb.
Kişi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə ittiham olunur. O, istintaq təcridxanasına göndərilib.
Əvvəllər rusiyalı yol hərəkəti qaydalarını pozduğuna görə məhkum edilib.
Yusif EYVAZLI