Qəzzada münaqişə başlayandan həlak olan jurnalistlərin sayı 115-ə çatıb
İsrail və HƏMAS arasında gərginliyin artmasından sonra Qəzza zolağında peşə vəzifələrini yerinə yetirərkən həlak olan jurnalistlərin sayı 115-ə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Qəzzada media ilə işlər idarəsi bildirib.
Son 24 saat ərzində Fələstinin müxtəlif nəşrlərinin əməkdaşı olan üç jurnalist, o cümlədən bir qadın Hiba əl-Abadla həlak olub. Misirin "Səda əl-Balad" portalının məlumatına görə, qızı da onunla birlikdə dünyasını dəyişib.