Gürcüstanda ziyarətgahların təhqir edilməsinə görə cəzanın sərtləşdirilməsi təklif olundu

 22:55 10.01.2024     216

Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası yaxın vaxtlarda ziyarətgahların təhqir edilməsinə görə cinayət məsuliyyətini sərtləşdirən qanun layihəsinin təşəbbüskarı olacaq.

Redaktor.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə Gürcüstan parlamentinin hüquq komitəsinin rəhbəri Anri Oxanaşvili bildirib.

“Komandamız yaxın vaxtlarda dini tikililərin və və obyektlərin təhqir olunmasına görə cinayət məsuliyyətinin sərtləşdirilməsi üçün qanunvericilikdə dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış edəcək. Bu, həm pravoslav xristianlar, həm də digər dini tikililərə, məsələn, məscidlərə, sinaqoqlara, katolik və digər kilsələrə aiddir”, - o deyib.

A.Oxanaşvilinin sözlərinə görə, təşəbbüsə Müqəddəs Üçlük Katedralında İosif Stalinin də təsvir olunduğu Moskva Matronası ikonasının üzərinə boya tökülməsi ilə bağlı insident səbəb olub. Komitə rəhbəri vurğulayıb ki, mövcud qanunvericiliyə görə, belə bir fakt proporsional məsuliyyət nəzərdə tutmur. (report).