Bu pensiyaçılara əlavə ödəniş veriləcək: SSRİ vaxtı ən azı 20 il...

 09:50 11.01.2024     476

SSRİ-də ən azı 20 il işləmiş Rusiya pensiyaçıları pensiyalarına əlavə ödəniş almaq hüququna malikdirlər.

Redaktor.az xəbər verir ki, “PensNews” portalı yazır ki, bu barədə ölkənin Sosial Fondunun nümayəndələri məlumat veriblər. Bu artımın maksimum məbləği təxminən 6500 rubl təşkil edir. Bununla belə, bütün pensiyaçılar bu əlavə ödənişi ala bilmirlər. Əsas tələb lazımi stajın olmasıdır.

Hesablama aşağıdakı kimi aparılır: 1992-ci ilə qədər olan hər il üçün 1%, 1992-ci ildən 2002-ci ilə qədər olan hər il üçün isə daha 10% əlavə edilir.

Pensiya ödəmə əmsalını düzgün hesablamaq üçün 2000-ci illərin əvvəllərində, 2002-ci ilə qədər olan iş stajını da nəzərə almaq vacibdir. Bu halda pensiyaçı 0,55 əmsalına arxalana bilər.(publika)