Ağ Ev Çini Tayvan seçkilərinə müdaxilədə ittiham edir
Çin dezinformasiya əməliyyatları ilə Tayvanda keçirilən seçkilərə müdaxilə edir.
Redaktor.az "Politico"ya istinadən xəbər verir ki, bunu Ağ Evin adının açıqlanmasını istəməyən yüksək səviyyəli nümayəndəsi bildirib.
“Heç kimə sirr deyil ki, Pekinin seçkinin nəticələri ilə bağlı fikirləri var və bunu müxtəlif yollarla formalaşdırmağa və məcbur etməyə çalışır. Müdaxilə kampaniyasına informasiya mühitini formalaşdırmaq və ya adaya iqtisadi təzyiq göstərmək cəhdləri daxildir”, – nəşr Ağ Ev nümayəndəsinin sözlərindən sitat gətirir.
Material müəlliflərinin fikrincə, Pekin bu cür hərəkətləri ilə Demokratik Tərəqqi Partiyasının namizədi Laya Cindenin qələbəsinin arzuolunmazlığına işarə edir və onun rəqibi Qomindan Partiyasından olan Hou Yuiyə simpatiyasını bildirir. Birincinin seçki yarışında favorit olaraq qalmasına baxmayaraq, prezident seçkiləri öncəsi ikincinin reytinqi yüksəlib.
Qeyd edək ki, Tayvanda prezident seçkiləri yanvarın 13-də keçiriləcək. Bundan əvvəl Bloomberg analitikləri Tayvanla bağlı münaqişənin baş verəcəyi təqdirdə qlobal iqtisadiyyatın 10 trilyon dollar zərər görəcəyini təxmin ediblər.
NƏRGİZ