Sərnişin təyyarənin qapısını açdı, uçuş-enmə zolağına düşdü - Reys 6 saat gecikdi

 13:15 11.01.2024     195

"Air Canada" reysi ilə uçan sərnişin enişdən dərhal sonra təyyarənin qapısını açıb, uçuş-enmə zolağına düşüb. Sərnişin xəstəxanaya yerləşdirilib.

Redaktor.az bu barədə "CityNews"a istinadən xəbər verir.

İnsident yanvarın 8-də Toronto Pearson Beynəlxalq Hava Limanından Dubaya uçmalı olan təyyarənin göyərtəsində baş verib. Kabinəyə girən şəxs yerinə oturmaq əvəzinə təyyarənin əks ucuna keçib, qapını açıb və uçuş-enmə zolağına düşüb.

Mənbənin sözlərinə görə, o, yıxıldıqdan sonra xəsarət alıb və xəstəxanaya aparılıb. Göyərtəsində 319 sərnişinin olduğu reys 6 saat gecikməli olub.

NƏRGİZ