Məşhur məşqçi xərçəng xəstəliyinə tutuldu
İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson xərçəng xəstəliyinə tutulub.
Redaktor.az xəbər verir ki, bu barədə 75 yaşlı mütəxəssis özü məlumat verib.
“Bir il ömrüm qalıb. Bu ən yaxşı ehtimaldır. Bacardığım qədər mübarizə aparacam”.
Qeyd edək ki, Sven-Yoran Eriksson 2001-2006-cı illərdə İngiltərə yığmasını çalışdırıb. O, həmçinin “Latsio” ilə iki dəfə İtaliya çempionu olub.