ABŞ-ın Zelenskiyə qarşı yeni TƏLƏBLƏRİ

 17:21 11.01.2024     204

Birləşmiş Ştatlar Ukraynada hərbi əməliyyatların daha dəqiq proqnozunda maraqlıdır və buna görə də Ukrayna lideri Volodimir Zelenskidən 2024-cü il üçün daha aydın planlar istəyir.

Redaktor.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin təfərrüatlı fəaliyyət planı Amerika hakimiyyət orqanlarının hərbi və maliyyə dəstəyinin koordinasiyasını asanlaşdırmalıdır. Zelenski hökumətinin mülki və hərbi qanadları arasında bu cür planların inkişafını ləngidən fikir ayrılıqları Vaşinqtonda narahatlıq yaradır.

Bundan əvvəl Senatdakı Demokratik çoxluğun rəhbəri Çak Şumer demişdi ki, Amerika rəhbərliyi Kiyevə yardım etməsə, bir ay ərzində Ukraynadakı vəziyyətdə Rusiyanın xeyrinə “dramatik dönüş” baş verəcək. 

NƏRGİZ