"Kiyevin Qərb silahları ilə Rusiyanı hədəf alması nüvə silahından istifadəyə səbəb olacaq" - Medvedev HƏDƏLƏDİ
Kiyevin Qərb silahları ilə Rusiya ərazisindəki hədəflərə zərbələri Moskvanın nüvə silahından istifadə etməsi üçün səbəb olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında yazıb.
Siyasətçi Kiyev hakimiyyətinə nasist və faşist rejimlərinin varisləri kimi müraciət edərək Rusiyaya qarşı təcavüzün yolverilməzliyi barədə xəbərdarlıq edib.
“Rusiya ərazisinə Qərb silahlarından zərbələr özünümüdafiə hüququ deyil. Bu, belə bir dövlətə qarşı nüvə silahından istifadəmiz üçün birbaşa əsasdır. Kiyevdə nasistləri dəstəkləyən bugünkü Avropada Hitlerin, Mussolininin, Petenin və digərlərinin bütün varisləri bunu xatırlamalıdırlar”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini bildirib.
Qeyd edək ki, Medvedev bir gündə artıq ikinci dəfədir ki, xüsusi hərbi əməliyyat kontekstində nüvə silahını qeyd edir. Bundan əvvəl hərbi-sənaye kompleksi komissiyasının iclasında o, Rusiyanın Ukraynada “nüvə istisna olmaqla” demək olar ki, bütün silah növlərini istifadə etdiyini bildirib.
NƏRGİZ