Kraliçanın taxt-tacdan imtina etmə səbəbi məlum oldu
Danimarka mətbuatı Kraliça Marqretin taxtdan qəfil imtinasını onun nəvələri, şahzadələr Nikolay və Feliksin modellik karyerası ilə əlaqələndirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Nine.com.au" məlumat yayıb.
24 yaşlı Nikolas və 22 yaşlı Feliks Kraliça Marqretin kiçik oğlu Şahzadə Yoahimin övladlarıdır. Hər ikisi model kimi fəaliyyət göstərir və kral mənşələrindən maliyyə baxımından faydalanırlar.
Nikolay 2018-ci ildə valideynlərinin təkidi ilə təhsil aldığı hərbi akademiyanı tərk edərək modellik karyerasına başlayıb. Elə həmin il o, Danimarkanın Scoop Models model agentliyi ilə müqavilə bağlayıb və Burberry və Dior üçün şoularda iştirak edib. Şahzadə “Vogue” jurnalının Skandinaviya buraxılışının üz qabığına çıxıb və Paris Moda Həftəsində təmsil olunub.
Kiçik qardaşı Feliks də böyük qardaşının yolu ilə gedib: o da hərbi akademiyanı tərk edərək 2023-cü ildə Danimarka brendi Georg Jensen üçün reklam kampaniyasında rol alıb.
Nikolay "Scandinavian Vogue" jurnalına verdiyi müsahibədə model olmağa qərar verəndə qohumlarının ona mane olmağa çalışmadığını iddia edib.
Ötən ilin son günü II Margrethe yanvarın 14-də taxt-tacdan əl çəkəcəyini açıqlayıb. Kraliçanın varisi onun böyük oğlu, vəliəhd şahzadə Frederik olacaq.
2022-ci ilin sentyabrında Kraliça II Marqret Nikolay, Feliks və onların kiçik qardaşı Henrik Çarlz və kiçik bacısı Afinanı kral titullarından məhrum edib. O, rəsmi olaraq bunu onların öz müqəddəratını təyin etmək istəyi ilə əlaqələndirib. Bununla belə, kraliçanın digər nəvələri titullarını qoruyub saxlayıblar.
Kraliçanın bu qərarı kral ailəsində fikir ayrılığına səbəb olub. Nikolas və Feliksin atası şahzadə Yoahim jurnalistlərə deyib ki, qardaşı ilə münasibətləri bir o qədər də ürəkaçan deyil.(publika)