Dekabrda "COVID" 10 minə yaxın insanı öldürüb - ÜST
Dekabr ayında 10,000-ə yaxın koronavirus ölümü bildirilib, xəstəxana və reanimasiya şöbəsinə qəbullar artıb.
Redaktor.az "unian"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus bəyanat yayıb.
"COVID-19 artıq qlobal sağlamlıq üçün fövqəladə hal olmasa da, virus hələ də dövr edir, dəyişir və öldürür", - ÜST rəhbəri bildirib.
O qeyd edib ki, əvvəlki ayla müqayisədə xəstəxanaya yerləşdirilənlər 42 faiz, reanimasiya şöbəsinə qəbullar isə 62 faiz artıb.
Yusif EYVAZLI