Beynəlxalq axtarışda olan rus qadın Moskvaya təhvil VERİLDİ
Moskvanın Vnukovo hava limanında Türkiyə hüquq-mühafizə orqanlarının nümayəndələri rusiyalı qadın Natalya Qarbulu Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil veriblər.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya departamentinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Qadın dələduzluq maddəsi ilə beynəlxalq axtarışa verilib. O, Türkiyədən deportasiya edilib və Moskvaya gələn kimi saxlanılıb.
Yusif EYVAZLI