Elektrikli avtomobillərin satışı ötən il 31% artıb

 20:58 11.01.2024     244

2023-cü ildə dünyada elektrikli avtomobillərin satışı 31% artaraq 13,6 milyon ədəd təşkil edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" Britaniyanın “Rho Motion” konsaltinq şirkətinə istinadən məlumat yayıb.

Şirkətin meneceri Çarlz Lester agentliyə deyib ki, böyümə sürəti yavaşlayır, bu kimi bazarlarda belə hal gözləniləndir: "Hər il ikiqat artım ola bilməz".

2023-cü ildə satışın 9,5 milyonunu tam elektrik avtomobili, qalan hissəni isə hibrid avtomobillər təşkil edib. Tam elektrik avtomobillərinin satışı ABŞ və Kanadada 50 %, Avropada 27 %, Çində isə 15 % artıb.