Aİ Qırmızı dənizdə hərbi əməliyyatla bağlı danışıqlar aparır

 22:20 11.01.2024     251

Yəməndəki husi üsyançılarının Qırmızı dənizdə gəmiçiliyə davam edən hücumları fonunda Avropa İttifaqı (Aİ) öz dəniz əməliyyatını nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg“ müzakirələrlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, bu həftə Aİ-yə üzv ölkələr əməliyyatın xərclərini ödəməyə və onun həyata keçirilməsi üçün gəmilər verməyə hazır olduqlarını müzakirə edirlər. Bu məsələlərlə bağlı yekun qərar yanvarın 22-də Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə qəbul edilə bilər. Mənbələrin məlumatına görə, Almaniya əməliyyatda iştirak etmək arzusunu ifadə edib. (apa).