"Mülki insanları hədəf almırıq" - ABŞ
Birləşmiş Ştatlar Yəməndəki Ənsar Allah hərəkatından husi üsyançılarının mövqelərinə zərbələr endirmək üçün hədəf seçərkən, mülki əhali tələfatını minimuma endirməyə çalışıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu bəyanatla ABŞ silahlı qüvvələrinin nümayəndəsi jurnalistlər üçün xüsusi brifinqdə deyib.
O qeyd edib ki, hərbçilər zərbənin nə qədər uğurlu olduğunu təfərrüatlı şəkildə qiymətləndirməli, eləcə də hər hansı mülki hədəfin olub-olmadığını müəyyən etməlidir: "Mən vurğulaya bilərəm ki, hədəflər mülki insanların tələfatı riskini minimuma endirmək üçün xüsusi olaraq seçilib".
"Biz heç bir halda mülki əhali mərkəzlərini hədəf almadıq" deyən ABŞ ordusunun nümayəndəsi zərbələrin "müəyyən yerlərdə xüsusi hədəflərə qarşı yüksək dəqiqlikli silahlarla" həyata keçirildiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı və Böyük Britaniya qüvvələri Avstraliya, Kanada, Hollandiya və Bəhreynin dəstəyi ilə Qırmızı dənizdə beynəlxalq gəmilərə “qanunsuz və məsuliyyətsiz” hücumları dayandırmaq üçün Yəməndəki husi hədəflərinə zərbələr endirməyə başlayıb.
NƏRGİZ