"Yəmənə zərbələr Qırmızı dənizdə mülki gəmilərə hücum qərarına təsir etməyəcək"
ABŞ və Böyük Britaniyanın Yəmənə zərbələri husilərin Qırmızı dənizdə mülki gəmilərə hücum qərarına təsir etməyəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə "Ənsar Allah" qruplaşmasının rəsmi nümayəndəsi Məhəmməd Abdel Salam X hesabında yazıb.
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatı ABŞ və Britaniyanın husilərin nəzarətində olan ərazilərdəki hədəflərə zərbə endirməsinə baxmayaraq, Qırmızı dənizdə İsrailə bağlı mülki gəmilərə hücumu davam etdirəcək.
“Bir daha bildiririk ki, ABŞ və Böyük Britaniya Yəmənə qarşı təcavüzün heç bir əsası yoxdur, çünki Qırmızı və Ərəb dənizlərində beynəlxalq gəmiçilik təhlükə altında deyildi. Biz işğal olunmuş Fələstinin limanlarına gedən İsrail gəmilərinə hücum etmişik və hücuma davam edəcəyik".
NƏRGİZ