Husilərin 60-dan çox hədəfi məhv edildi

 09:38 12.01.2024     189

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının 60-dan çox hədəfini məhv edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“ABŞ Mərkəzi Hərbi Hava Qüvvələri İranın dəstəklədiyi 16 Husi yaraqlısına məxsus 60-dan çox hədəfə zərbələr endirib”, - bəyanatda deyilir.

Xüsusilə, sursat anbarlarına və buraxılış qurğularına hücumlar həyata keçirilib.

NƏRGİZ