Hizbullah ABŞ və Britaniyanı Yəmənə təcavüzdə ittiham etdi

 09:44 12.01.2024     295

"Bu, Yəmənin suverenliyinə təcavüzdür".

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu bəyanatla Livanın Hizbullah təşkilatı çıxış edib.

Livanın şiə partiyası Hizbullah Böyük Britaniya və ABŞ-ın Yəmənin Ənsar Allah üsyançı hərəkatından husilərin mövqelərinə vurduğu zərbəni pisləyir və bunu Yəmənin suverenliyinə qarşı təcavüz hesab edir. 

“Hizbullah qardaş Yəmənə, onun təhlükəsizliyi və suverenliyinə, azad və nəcib xalqına qarşı açıq-aşkar Amerika-Britaniya təcavüzünü kəskin şəkildə pisləyir”, - mətndə qeyd edilir.

NƏRGİZ